Kung Fu klubu

Görüş günü/saatı: 3-cü gün saat 15:20-16:20, 6-cı gün saat 12.00-13.00

Məkan: Dünya məktəbi

Müəllim: Davud Mahmudzadə

Üzvlük haqqı: 8 dərs – 30 AZN / 12 dərs – 40 AZN

 

davud3Mənim Kunq Fu təlimim iki onilliyi və iki qitəni əhatə edir, yeniyetmə çağı Azərbaycanda sonralar Küveytdə sonra hazırda yenidən Azərbaycanda. Şaolinin Şimali Uzun Yumruq, 18 heyvan və 18 silah stillərini yiyələnmişəm.  Bu vərdişlərə malik olaraq, vahid Kung Fu Coriyo formlarını yaratmışam. Azərbaycanda Kunq Fu idman növünün tədrisinə ilk dəfə 1992-ci ildə mən başlamışam. Azərbaycan Coriyo Kunq Fu Federasiyasının 1993-cü ildən təsisçisi, prezidenti, baş məşqçisiyəm və müxtəlif ölkələrdə nümayəndəliklərim fəaliyyət göstərir. 2000-ci ildə Beynəlxalq Qrandmaster Komitəsi (İGC) tərəfindən əlbəyaxa döyüş növləri üzrə "Qrandmaster" (Qara kəmər, 10-cu Dan) dərəcəsinə layiq görülmüşəm. 2003-cü ildən Beynəlxalq Kunq Fu Federasiyasının (İKF) Azərbaycanda milli nümayəndəsiyəm, yetirmələrim respublika, qitə və dünya çempionlarıdır. 

Şagirdlərimə Kunq Fu fəlsəfəsini izah edir, sağlıqlı yaşamağı və insani keyfiyyətləri aşılayır, özünümüdafiə qaydalarını öyrədərək, onlarda özünəgüvən hissi yaradıram. Region, respublika, qitə və dunya çempionatlarının yarış qayda-qanunlarını tətbiq edərək, peşəkar idmançı və məşqçılər yetişdirirəm. 

 Davud Mahmudzadə---

---

Kluba üzv olmaq üçün Dünya məktəbində Dərnəklər şöbəsinə müraciət edə bilərsiniz.

Əlaqə nömrəsi: 055 6265815 (whatsapp -Sevinc xanım)

--

Online Ərizəni buradan göndərə bilərsiniz.

Bölmə:AzərbaycanRusİngilis