Kitabxana

Dünya məktəbinin kitabxanası azərbaycan, ingilis, rus və bir sıra digər dillərdə olan bədii ədəbiyyat, lüğətlər, məlumat kitabları, elmi ədəbiyyat, dərslik və dərsliklərə əlavələrlə zəngindir. Bundan əlavə kitabxana dövrü mətbuatda dərc olunan jurnal və qəzetləri də əldə edir. Kitabxana çağdaş elektron kataloq və xidməti sistemi ilə təmin olunmuşdur. Bu, məktəblilərin kitabxanadan sərbəst istifadə etmələrinə şərait yaradır. Bənzərsiz dizayna və zəngin fonda malik Dünya məktəbi kitabxanası tək məktəb kollektivi üçün deyil, həm də müxtəlif təhsil oçaqlarının şagird və müəllimlərini cəlb edən mədəniyyət oçağıdır.