İngilis danışıq klubu

Görüş günü/saatı: həftəiçi hər gün, 15:20-16:20 (11-yaşdan yuxarı şagirdlər), 16.20-17.20 (tələbələr və müəllimlər)

Məkan: Dünya məktəbi

Müəllim: Fəzilə Muradxanova

Üzvlük haqqı: İlk tanışlıq günü ödənişsizdir / 1 gün - 5 AZN / 5 gün - 20 AZN / 8 gün - 30 AZN (günləri özünüz seçin, seçimlər dəyişilmir). Digər günlərə seçim istəkdən asılıdır.

Mən ingilis dilini öyrəncfezileriyə sadəcə fənn deyil, onun həm də danışıq dili olduğunu çatdırıram. Bunu sözlə yox, onlara təqdim etdiyim əyləncəli dərslərlə çatdırıram. Dərs vaxtı ən zəif şagirdimdən ən güclü şagirdimədək diqqətimdə olur və onları dinləyirəm. Onların fikirlərini önəmsədiyimi görürlər. Əsla qrammatik və tələffüz səhvlərinə görə onların sözünü kəsmirəm. Onları diqqətlə dinlədikdən sonra həmin səhvlərini nitqimdə və tələffüzümdə düzgün şəkildə ifadə edirəm. Şagirdlərim növbəti dəfə həmin səhvləri etməməyə nail olurlar. Bu da onlarda danışıq kompleksini sıfıra endirir. Həftədə bir dəfə Cinema Day yəni kino günümüz olur. Onlar filmə baxarkən mən sanki basqa işlə məşğulam, onlarla bərabər filmə baxmıram kimi davranıram. Çünki onlarla bərabər oturub filmə baxsam mənə sualları olacaq. Filmin baş qəhrəmanı kim idi, film nədən bəhs edirdi kimi suallar verirəm və hər birini diqqətlə dinləyirəm. Bundan əlavə həftədə bir dəfə Reading Day oxu günümüz olur. Onlara başlıqsız qısa hekayələr hazırlayıram. Oxuyub bitirdikdən sonra başlıqlarını alıram. Onlara hekayə nədən bəhs edir, sən olsaydın bu hekayəni necə yazardın kimi suallar verirəm. Bəzən də yarımçıq hekayələri tamamlamalarını xahiş edirəm. Onlar oxuduğu yarımçıq hekayənin ardını nitqlərində tamamlayır. Şagirdlərimə dil səviyyələrinə uyğun əsərlər verirəm. Və hər dəfə bir chapter yəni fəsili səhnələşdirirlər. Beləcə, iştirakçılar həm danışıq qabiliyyətini mükəmməlləşdirir, həm də digər qabiliyyətlərini də kəşf edirlər. Onlar yorulmadan ingilis dili dərsindən məmnun olurlar. 

2015 ci il Mart ayında Londonda təlimdə oldum. İki həftəlik təlimdə olarkən daha da peşəkar olmaq, şagirdlərimə daha da maraqlı dərs keçmək üçün yeni təlim metodlarına yiyələnib, ölkəmə qayıtdım.

Fəzilə Muradxanova


Kluba üzv olmaq üçün Dünya məktəbində Dərnəklər şöbəsinə müraciət edə bilərsiniz.

Əlaqə nömrəsi: 055 6265815 (whatsapp -Sevinc xanım)

Online Ərizəni buradan göndərə bilərsiniz.

Bölmə:AzərbaycanRusİngilis