İngilis bölməsi

“Dünya” məktəbəqədər təhsil proqramının İngilis dili bölməsində dərslər uşaqları həvəsləndirən xoş mühit və şəraitdə aparılır. Nəticədə balacaların özünə inam hissi artır. Məktəbəqədər təhsil proqramı uşağın fərdi xüsusiyyətlərini nəzərə almaqla onun əqli, fiziki, sosial və mənəvi inkişafına xidmət edir. Bu məqsədə nail olmaq üçün aşağıdakı məşğələ növləri ön plana çəkilir: – İngilis dilində nitqin inkişafıb4 – Oxu və yazı üzrə hazırlıq məşğələləri – Sadə riyazi bilik (say, hesab və həndəsi fiqurlar) – Təbiət və həyat bilgisi – Azərbaycan dili – Rəsm – Nəğmə və musiqi – Oyunlar – Kompüter – Bədən tərbiyəsi – Şahmat Nəğmələr və şeirlər, hekayələr və teatr oyunları proqramı daha da maraqlı və zəngin edir, uşaqların zövqünü və yaradıcı fantaziyasını inkişaf etdirir, onlara ətraf mühiti, dünyanı başa düşməyi öyrədir. Rəsm, əmək, səyahət, müşahidə və s. vasitələrin müntəzəm daxil edilməsi təlimi daha da acnlı edir.

“Dünya” bağçası və məktəbəqədər təhsil barədə geniş məlumat burada