İngilis bölməsi (PYP)

p5Dünya məktəbi 2015-ci ilin aprel ayında “İbtidai illər proqram”ını (PYP) həyata keçirmək üçün rəsmi olaraq Beynəlxalq Bakalavr Təşkilatına müraciət etmiş və namizəd məktəb statusu almışdır. PYP Beynəlxalq Bakalavr Təşkilatı tərəfindən 3-12 yaşlı şagirdlər üçün xüsusi olaraq yaradılmış kurrikulumdur. Proqram nəzərdə tutduğu sinif daxili və sinifdən kənar bütün fəaliyyət növləri (məşğələlər) ilə 3-12 yaş arasındakı şagirdlərin tədqiq və mühakimə edən bir fərd olaraq böyüməsinə xüsusi diqqət ayırır.

PYP kurrikulumu 5 əsas element üzərində qurulmuşdur:  anlayış, bilik, bacarıq, münasibət və fəaliyyət. Bu əsas elementlər vasitəsilə şagirdlər qlobal əhəmiyyətə malik müvafiq biliklər əldə edir, təlim prosesində ətraf aləmlə əldə etdikləri bilikləri əlaqələndirmək üçün lazım olan məfhumları qavrayır, müxtəlif elm sahələrinə məxsus bacarıqlar əldə edir, mütərəqqi dünya görüşünə sahib olmaq üçün müvafiq davranışları inkişaf etdirir, təlim prosesi nəticəsində öyrəndiklərini fəaliyyətdə əks etdirirlər.

PYP kurrikulumu aşağıdakı tədqiqat mövzularının tədrisini nəzərdə tutur:

  • Biz kimik (Who we are)
  • Məkan və zaman baxığımından haradayıq (Where we are in place and time)
  • Özümüzü necə ifadə edirik (How we express ourselves)
  • Dünyanın işləmə mexanizmi (How the world works)
  • Özümüzü təşkil etmə yolları (How we organize ourselves)
  • Dünyanı paylaşmaq (Sharing the planet)

İngilis bölməsi (PYP) barədə geniş məlumat burada