İdman kompleksi

Dünya məktəbinin geniş və rahat idman kompleksi şagirdlərin sevərək əyləndikləri məkandır. Kompleks günün bütün saatlarında fəaliyyətdədir. Şagirdlərin sağlamlığını və fiziki inkişafını təmin edən üzgüçülük hovuzu, basketbol, voleybol, mini-futbol zalı, bədii gimnastika və güləş-döyüş növləri zalı hər zaman onların istifadəsindədir.

Dünya məktəbinin həyətində müasir standartlara uyğun quraşdırılmış idman kortu şagirdlərə açıq havada basketbol, voleybol, futbol və tennis oynamaq imkanı verir.