İbtidai təhsil

Dünya Məktəbinin ibtidai məktəb pilləsində təhsil rəsmi olaraq bütün bölmələr üzrə (Azərbaycan, rus, ingilis) Beynəlxalq Bakalavr Təşkilatının “İbtidai Məktəb Proqramı” (Primary Years proqramme) əsasında qurulmuşdur.
“İbtidai Məktəb Proqramı” (PYP) Beynəlxalq Bakalavr Təşkilatı tərəfindən 3-12 yaşlı uşaqlar üçün nəzərdə tutulmuş kurikulumdur. Proqrama daxil olan sinifdaxili və sinfdənkənar məşğələlər şagirdlərin araşdıran, mühakimə edən, tənqidi düşünən yaradıcı bir şəxsiyyət kimi böyüməsinə xüsusi önəm verir.
İMP kurikulumu 5 əsas element üzərində qurulmuşdur: anlayış, bilik, bacarıq, münasibət və fəaliyyət. Bu əsas elementlər vasitəsilə şagirdlər qlobal əhəmiyyətə malik biliklər əldə edir, təlim prosesində ətraf aləmlə əldə etdikləri bilikləri əlaqələndirmək üçün lazım olan məfhumları qavrayır, müxtəlif elm sahələrinə məxsus bacarıqlar əldə edir, geniş dünyagörüşünə sahib olmaq üçün müvafiq davranışları inkişaf etdirir, təlim prosesi nəticəsində öyrəndiklərini fəaliyyətdə əks etdirirlər.
İMP kurikulumu aşağıdakı tədqiqat mövzularının tədrisini nəzərdə tutur:
1. Biz kimik (Who we are)
2. Məkan və zaman baxımından haradayıq (Where we are in place and time)
3. Özümüzü necə ifadə edirik (How we express ourselves)
4. Dünyanın işləmə mexanizmi (How the world works)
5. Özümüzü təşkil etmə yolları (How we organize ourselves)
6. Dünyanı paylaşmaq (Sharing the planet)