İbtidai təhsil

DSC_9645 (Copy)

Dünya məktəbində şagirdlərin həvəsləndirilməsinə xüsusi fikir verilir. Hər bir şagirdin bacarıq və qabiliyyəti üzə çıxarılır, inkişaf etdirilir. İl boyu bilik yarışmaları, fənn olimpiadaları, inşa yazı müsabiqələri, rəsm əsərləri və əl işlərindən ibarət sərgilər və s. təşkil edilir. Qaliblər mükafatlandırılır. Dərs ilinin sonunda hər bir şagird öz spesifik bacarıq və qabiliyyəti sayəsində qazandığı uğurlara görə diplomlarla təltif edilir.

Məktəbdə şagirdlərin və valideynlərin istəyi ilə şahmat, musiqi, rəqs, xor,  karate, informatika  dərnəkləri fəaliyyət göstərir. Dərnəklərin fəaliyyəti yüksək səviyyədədir.

Ədəbi-bədii gecələrin, tematik ekskursiyaların təşkili şagirdlərdə işgüzarlıq, bir-birinə hörmət, məktəbin mənafeyini qorumaq kimi yüksək əxlaqi keyfiyyətlər aşılayır.