Kitabxanada görüşlər

Şagirdlərin bədii yaradıcılıq qabiliyyətlərinə baxışların keçirilməsi, tarixi günlərin və bayramların qeyd olunması, görkəmli elm-maarif xadimləri, sənət adamları ilə görüşlərin təşkili kitabxanada ənənə şəklini almışdır. Həmin tədbirlərin daha maraqlı, məzmunlu alınmasında kitabxanada fəaliyyətə başlayan “Kitab klubu”nun mühüm rolu olmuşdur. Məhz bu görüşlər vasitəsilə şagirdlərin təşəbbüskarlıq, yaradıcılıq qabiliy¬yətləri daha da inkişaf etdirilir və formalaşdırılır.