Sual-Cavab

1. Sual: Məktəb harada yerləşir?

Cavab: Bakı şəhəri Binəqədi rayonu Ə.Naxçıvani 9.

 

2. Sual: Məktəb nə vaxtdan fəaliyyət göstərir?

Cavab: Dünya məktəbi 1998-ci ildə Xəzər Universitetinin nəzdində yaradılmışdır.

 

3. Sual: Şagird məktəbə necə qəbul olunur?

Cavab: Şagirdlər məktəbə təhsil aldığı sinfə uyğun fənlər üzrə imtahan verməklə qəbul olunurlar. Müsabiqqədə iştirak etmək üçün onlayn, zəng etməklə və ya birbaşa məktəbə gəlməklə qeydiyyatdan keçmək olar.

 

4. Sual: İş rejimi necədir?

Cavab: IX-XI sinif şagirdlərinin dərsləri 08:00-da, I-VIII sinif şagirdlərinin dərsləri 08:50-də  başlayır, 16:10-da bütün dərslər bitir. Günün birinci yarısında əsas dərslər keçirilir, ikinci yarısında şagirdlər verilən tapşırıqlar üzərində işləyirlər.

 

5. Sual: Siniflədə neçə nəfər şagird olur?

Cavab: Siniflərdə şagirdlərin sayı 15-20 arasındadır.

 

6. Sual: Məktəbdə işləmək üçün müəllimlər necə seçilir?

Cavab: Müəllimlər bir neçə mərhələli müsabiqə yolu ilə seçilir. Məktəbimizdə yüksək ixtisaslı yerili pedaqoqlarla yanaşı, xaricdən dəvət olumuş mütəxəssislər də çalışırlar.

 

7. Sual: Şagirdlər vahid forma geyinirlər?

Cavab: Məktəbimizin öz vahid forması vardır və şagirdlərin məktəbli forması geyinmələri mütləqdir.

 

8. Sual: Şagirdlərə dərsliklər verilirmi?

Cavab: Dərsliklər ödənişlidir.

 

9. Sual: Siniflərdə sinf rəhbəri varmı?

Cavab: Hər bir sinfə sinif rəhbəri təyin edilir.

 

10. Sual: Ev tapşırıqları məktəbdə yerinə yetirilirmi?

Cavab: Müəyyən tapşırıqlar dərs yükündən asılı olaraq evə qala bilər.

 

11. Sual: Şagird hansısa bir fəndən zəif olduqda ona necə köməklik göstərilir?

Cavab: Müntəzəm olaraq tədrisdə geriliyi aradan qaldırmaq üçün fənn müəllimləri əlavə məşğələlər təşkil edirlər.

 

12. Sual: Hansı xarici dillər tədris olunur?

Cavab: Azərbaycan və Rus bölmələrində İngilis dili ikinci xarici dil kimi, şagirdlərin seçimi ilə Alman, Çin, Rus dilləri  əlavə xarici dil kimi tədris olunur.

 

13. Sual: Başqa hansı dərslər, məşğələlər, dərnəklər var?

Cavab: Təhsil Mərkəzimizdə şagirdlərin maraq dairələrinə uyğun olaraq dərnəklər, dil kursları, fənlər üzrə dəstək dərsləri təşkil edilir. Bununla yanaşı, SAT, İELTS, TOEFL kursları, abituriyent hazırlığı həyata keçirilir.

 

14. Sual: Şagirdlərin biliyi necə qiymətləndirilir?

Cavab: Şagirdlərin cari bilikləri müəllimlər tərəfindən həftəlik qiymətləndirilir, məktəbin monitorinq və qiymətləndirmə şöbəsi hər yarımilin sonunda (yanvar, may) fənlər üzrə yekun şifahi və yazılı imtahanlar keçirir.

 

15. Sual: Dərslər nə vaxt başlanır və tətillər nə vaxtdır?

Cavab: Dərslər Azərbaycan və Rus bölmələrinin XI, İngils bölməsinin X, XI  siniflərində  1 sentyabrda, digər siniflərdə 15 sentyabrda başlayır və iyun ayının sonunda bitir. Tətillər Təhsil Nazirliyinin qərarına uyğun həyata keçirilir.

 

16. Sual: Hansı xarici tədris proqramları var?

Cavab: Məktəbin ingilis bölməsində tədris Beynəlxalq Bakalavr Təşkilatının (IB) ibtidai siniflər proqramı (PYP), orta məktəb (MYP) və Diplom proqramları (DP) əsasında aparılır. Azərbaycan və rus bölmələrinin ibtidai siniflərində də Beynəlxalq Bakalavr Təşkilatının ibtidai siniflər üzrə proqramı (PYP) tətbiq edilir.

 

17. Sual: Şagirdlər xarici ölkələrə dil kurslarına göndərilir?

Cavab: Dünya Təhsil mərkəzi tərəfindən “Yay məktəbləri” həm ölkə daxilində, həm də xarici ölkələrdə təşkil edilir.

 

18. Sual: Şagirdlərin qidalanması necə təşkil olunur?

Cavab: Şagirdlərin qidalanması məktəb yeməkxanasında həyata keçirilir. Xörəklər yüksək gigiyenik tələblərə cavab verməklə məktəb yeməkxanasında hazırlanır.

 

19. Sual: İllik təhsil haqqı nə qədərdir?

Cavab: Azərbaycan və rus bölmələrinin I-VIII siniflərində illik təhsil haqqı 7500 AZN, IX-XI siniflərində 8000 AZN, ingilis bölməsinin I-IV siniflərində 8500 AZN, V-IX siniflərində 9200 AZN, X-XI siniflərində 12000 AZN-dir.

 

20. Sual: Bu təhsil haqqına hansı güzəştlər var?

Cavab: Eyni ailədən iki və daha çox sayda uşaq məktəbdə təhsil alırsa, ikinci və digər uşaqlara illik təhsil haqqından 500 AZN güzəşt olunur (birinci uşaqdan başqa ailənin hər bir uşağına).

 

21. Sual: Təhsil haqqı əvvəlcədən tam ödənilir, yoxsa hissə-hissə ödənilə bilər?

Cavab: İllik təhsil haqqı bir dəfəyə və ya üç dəfəyə bölünməklə hissə-hissə ödənilə bilər.

 

22. Sual: Təhsil haqqına nəqliyyat xidməti daxildir?

Cavab: Nəqliyyat xidməti təhsil haqqına daxil deyil, əlavə ödəniş servis xidmətinə ödənilir.

 

23. Sual: Şagirdlər bilik yarışları və olimpiadalarda iştirak edirlər?

Cavab: Dünya məktəbinin şagirdləri ölkəmizdə və xaricdə keçirilən bilik yarışlarında, müsabiqələrdə və olimpiadalarda iştirak edirlər.

 

24. Sual: Uşaqların asudə vaxtı necə təşkil olunur?

Cavab: Şagirdlərin asudə vaxtı kitabxanada qiraət etməklə, şahmat oynamaqla, əyləncəli və intellektual oyunlarda, idman yarışlarında və s. iştirak etməklə  təşkil olunur.

 

25. Sual: Şagirdlərin təhlükəsizliyi necə təmin olunur?

Cavab: Məktəbdə mühafizə xidməti vardır və giriş-çıxış turniketlər vasitəsilə tənzimlənir.

 

26. Sual: Məzunlarınızın qəbul imtahanlarındakı nəticələri necədir?

Cavab: Məzunlarımız hər il yüksək nəticələr göstərməklə Azərbaycan respublikasının ali məktəblərinə və bir çox xarici ölkələrin tanınmış universitetlərinə qəbul edilirlər.

 

27. Sual: Şagirdlərin ali məktəblərə hazırlığı necə təşkil olunur?

Cavab: IX, X, XI siniflərdə dərslər şagirdlərin ixtisas seçiminə əsasən təşkil edilir.

 

28. Sual: Məktəbə qəbul imtahanında yüksək nəticə göstərən şagirdlərə təhsil haqqında güzəşt edilirmi?

Cavab: Qəbul imtahanında yüksək nəticə göstərmiş şagirdlərə müəyyən şərtlər əsasında, istisnalar edilir.

 

29. Sual: Məktəbin yataqxanası varmı?

Cavab: Xeyr, məktəbdə yataqxana imkanı nəzərdə tutulmayıb.

 

30. Şagirdlərin məktəbdən xaric olunması halları olurmu?

Cavab: Valideynlə məktəb arasında bağlanmış müqaviləyə əsasən məktəbin nizam-intizam qaydalarına əməl etməyən və ya akademik tələbi  ödəyə bilməyən şagird məktəbdən xaric edilir.