Fənn ayları

Məktəbdə hər ay bir fənnin təbliği və geniş öyrənilməsi ilə məşğul olmaq ənənəsi mövcuddur. Həmin ayda fənn ilə bağlı bilik yarışları keçirilir, fotostendlər hazırlanır, oxu və yazı müsabiqələri təşkil olunur, tanınmış elm və sənət adamları dəvət olunur, onların mühazirələri dinlənilir. Fənn aylarının keçirilməsi şagirdlərin xüsusi istedad və qabiliyyətlərinin üzə çıxarılmasında, həvəsləndirilməsində xüsusi rol oynayır.