Dünya məktəbinin yaranması

DÜNYA Məktəbi Azərbaycanda ilk özəl universitet olan Xəzər Universitetinin yaradıcısı, professor Hamlet İsaxanlı tərəfindən  1998 – ci ildə XƏZƏR Universiteti nəzdində təsis edildi. Məktəb sonrakı inkişaf mərhələsində iki təsisçi  –  Hamlet İsaxanlı və Nailəxanım İsayeva tərəfindən yenidən quruldu.

DÜNYA Məktəbi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 2012-2013 – cü tədris ilində  “İlin ən yaxşı məktəbi”  adına layiq görülmüşdür.

Məktəbdə tədris 3 dildə  – Azərbaycan, rus və ingilis dillərində aparılır. Məktəbin əməkdaşları və müəllimləri müxtəlif ölkələrdə təlim keçmiş, təhsil və tədrisdə beynəlxalq təcrübəni  tətbiq edən mütəxəssislərdir.

Məktəbin məzunları  dünyanın tanınmış ali təhsil ocaqlarında təhsil alırlar.