Şagirdlərimiz şahmat dərəcə təsnifat turnirində I və III yerləri bölüşdülər

17-23 martda 2 nömrəli Səbail şahmat məktəbində təşkil olunan Bakı şəhəri üzrə dərəcə təsnifat turnirində Dünya məktəbinin 5-ci sinif şagirdi Hakan İsaxanlı III dərəcə uğrunda mübarizədə 3-cü yerə layiq görüldü. Hakan 9 oyundan 7 xal toplayaraq şahmat üzrə 3-cü dərəcə normasını yerinə yetirdi. 

23-26 martda AHİTA şahmat və dama klubunda keçirilən Bakı şəhəri üzrə dərəcə təsnifat turnirində Dünya məktəbinin 3-cü sinif şagirdi Elçin Həsənov IV dərəcə üzrə turnirdə bütün rəqiblərinə qalib gələrək I fəxri yerə layiq görüldü.Eyni zamanda, Elçin dərəcə normasını artıqlaması ilə yerinə yetirmişdir.

Sumqayıt Dünya məktəbi ümumşəhər Novruz şənliyində iştirak etdi

 

Sumqayıt Dünya məktəbinin müəllim və şagird heyəti Sumqayıt şəhərində keçirilən Novruz bayramında iştirak etdi. Bayram şənliyində Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, millət vəkilləri, şəhər rəsmiləri, ictimaiyyət nümayəndələri və şəhər sakinləri iştirak edirdilər. Rəsm və əl işləri üzrə şagirdlərimizin guşəsi, Xəzər Universitetinin rəqs ansamblının və aşıqların maraqlı çıxışları tədbir rəsmilərinin böyük rəğbətinə səbəb oldu.

1490613217_yenisumqayit.az-2

Dünya məktəbində III – VIII siniflər üzrə sınaq imtahanları keçirildi

11 mart 2017-ci il tarixində Dünya məktəbində DÜNYA TƏHSİL MƏRKƏZİ tərəfindən III – VIII siniflər üzrə sınaq imtahanları keçirildi.

Əziz iştirakçılar, VIII sinif üzrə riyaziyyat fənnindən 19-cu test sualında 83 ədədi əvəzinə 23 ədədi yazılmışdır. Bu texniki səhvə görə sizdən üzr istəyirik.

Qeyd etdiyimiz siniflər üzrə növbəti sınaq imtahanları 15 aprel 2017-ci il tarixində keçiriləcək.

11 mart 2017-ci il tarixli Sınaq imtahanlarının nəticələri

Dünya məktəbində professor Hamlet İsaxanlı ilə görüş keçirildi

Fevral ayının 28-də Dünya məktəbində riyaziyyatçı-alim, professor Hamlet İsaxanlı ilə “Maraqlı insanlarla görüş” layihəsi çərçivəsində görüş keçirildi.

Fevral ayı məktəbdə Riyaziyyat, Fizika, İnformatika ayıdır. Hər ay bir fənnin adı ilə səciyyələnir və “Maraqlı insanlarla görüş” layihəsi çərçivəsində məktəb kollektivi elm adamları ilə şagirdlər arasında görüş təşkil edir. Bu görüşlər nəticəsində şagirdlər elm adamlarının həyatı, fəaliyyəti, düşüncələri ilə yaxından tanış olurlar.

Bu kimi tədbirlər DÜNYA Məktəbində fənlərə, elmə verilən yüksək dəyəri təcəssüm etdirir.

Professor Hamlet İsaxanlı ilə keçirilən görüşdə alim “Cəbri tənliklərin yaranma tarixindən” mövzusunda çıxış etdi. Riyaziyyatçı-alimin  bu mövzuda Şərq və Qərb alimlərinin araşdırmaları haqqında apardığı söhbət auditoriyanın marağına səbəb oldu.

Dünya məktəbində XOCALI FACİƏSİ qurbanlarının xatirəsi yad edildi

Bu gün XOCALI FACİƏSİNİN ildönümünə həsr olunmuş “Tariximizin qan yaddaşı – XOCALI” adlı tədbirlə faciənin qurbanlarının xatirəsi yad edildi. Faciəyə ithaf edilmiş filmlə açılan tədbir məktəbin müəllim və şagird kollektivinin iştirakı ilə həyata keçirildi.

Şagirdlərin kədər və hüznlə oxuduqları şeirlər, ifa olunan qəmli musiqilər hər kəsi mütəəssir etdi.

Səsi dünya şöhrətli, böyük sənətkarımız, Respublikanın Xalq Artisti, ustad ALİM QASIMOVUN səsindən ahəng alan nəvəsi, məktəbimizin VIII sinif şagirdi Qəhhar Mövlamzadənin ifasında dinlənilən “Daş qəlbli insanları neylərdin, ilahi?!” adlı muğam tamaşaçıların qəlbini riqqətə gətirdi.

Başın sağ olsun, VƏTƏN!

 16804218_1269159769820475_639310439358751782_o

Dünya məktəbində MODEL BMT Konfransının bağlanış mərasimi keçirildi

Fevralın 12- də DÜNYA Məktəbi MODEL BMT Konfransının (Dunya School Model UN Conference) bağlanış mərasimi keçirildi. Konfrans DÜNYA Məktəbi Şagird birliyi və “Azəri Yurdu” Gənclər İctimai Birliyinin birgə təşkilatçılığı ilə təşkil olunmuşdu. Konfransda “Terrora qarşı mübarizə”, “Türkiyədəki situasiya”, “Beynəlxalq miqrasiya və onun iqtisadi inkişafa təsiri” mövzularında müzakirələr aparıldı. Bağlanış mərasimində Xəzər Universiteti və DÜNYA Məktəbinin təsisçisi, professor Hamlet İsaxanlı çıxış edərək konfrans haqqında fikirlərini bölüşdü. Konfrans iştirakçıları sertifikatlarla təltif olundu və aktiv iştirakçılara fərqlənmə sertifikatları təqdim edildi.

16665769_1256719524397833_8409669088450702089_o

16700656_1256719111064541_1541225092084166915_o

16716183_1256718931064559_1882446519874934484_o

Dünya məktəbində MODEL BMT Konfransı keçirildi

Fevralın 11-də DÜNYA Məktəbi MODEL BMT Konfransının (Dunya School Model UN Conference) ilk günü keçirildi. Konfrans DÜNYA Məktəbi Şagird birliyi və “Azəri Yurdu” Gənclər İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilir. Konfransın keçirilməsində məqsəd gənclərin diplomat kimi formalaşması və kommunikasiya, liderlik bacarıqlarının inkişaf etdirilməsidir. Konfrans üç komitədən ibarətdir: 1. BMT-nin Baş Assambleyası 2. BMT-nin Təhlükəsizlik Şurası 3. BMT-nin İqtisadi və Sosial Şurası Konfrans yuxarıda göstərilən komitələr üzrə 3 seksiyaya bölünür. Konfransda “Terrora qarşı mübarizə”, “Türkiyədəki situasiya”, “Beynəlxalq miqrasiya və onun iqtisadi inkişafa təsiri” mövzularında müzakirələr aparılır. Konfransın artıq 4 sessiyası keçirilib və iştirakçılar böyük fəallıqla qətnamələrin yazılmasına başlayıblar. Konfrans iştirakçıları şagirdlər, tələbələr və müxtəlif ixtisaslı şəxslərdən ibarətdir. Hər komitədə iştirakçılar koalisiyalara bölünüblər. Konfrans fevralın 12-də saat 18:00 da təntənəli yekun mərasimi ilə sonlandırılacaq. Konfrans iştirakçıları sertifikatlarla təltif olunacaq və aktiv iştirakçılara fərqlənmə sertifikatları təqdim ediləcək.

16586971_1256617704408015_426591219665612026_o

16602229_1256621184407667_3630132909095159660_o

16664907_1256718847731234_4941911964032491985_o

16665380_1256617364408049_8157094162779164376_o

16665769_1256719524397833_8409669088450702089_o

16665940_1256617474408038_7748563241708330211_o

16700656_1256719111064541_1541225092084166915_o

16707270_1256718851064567_3578657583891054466_o

16707320_1256617594408026_3390734781589157780_o

16707564_1256718937731225_8070021075109064749_o

16715936_1256618037741315_7532372779218237299_o 16715942_1256617191074733_1576784673162425594_o

16716183_1256718931064559_1882446519874934484_o

Dünya məktəbində elmi-metodiki məclisin növbəti iclası keçirildi

31.01.2017-ci il tarixində DÜNYA Məktəbində elmi-metodiki məclisin növbəti iclası keçirildi. Məktəb rəhbərliyinin və müəllim kollektivinin iştirak etdiyi bu iclasda aşağıdakı məsələlər müzakirə olundu.

1. 1-ci yarımildə Dünya məktəbinin fəaliyyəti barədə (Təhsilin keyfiyyəti, Yekun testlərin nəticələri), direktor və direktor müavinlərinin hesabatları

2. Fənn rəhbərlərinin təqdimatları (Azərbaycan dili və ədəbiyyat, riyaziyyat, tarix fənləri üzrə)

3. II yarımildə pedaqoji kollektivin qarşısında duran əsas vəzifələr

4. Yeni ideya və təkliflər

5. Cari məsələlər