Əziz valideynlər

13669535_1056265127776608_1346503555344319828_o

Şagirdlərimizin məktəbin həyətindən sərbəst istifadəsi, açıq havada idman oyunlarına qatılması, onların rahat istirahəti və kampuslara təhlükəsiz giriş-çıxışını təmin etmək məqsədilə yeni tədris ilindən avtomobillərin məktəbin həyətinə daxil olmasına icazə verilməyəcək. Dünya məktəbi uşaqların evdən məktəbə və məktəbdən evə rahat ve tez çatdırılması üçün məktəb servisi ile uzun müddət məşğul olan təcrübəli şirkət ilə müqavilə imzalayıb. Həmin şirkətin nümayəndələri valideynlərin sorğularını cavablandırmaq və sifarislərini qəbul etmək üçün avqustun 25-dən məktəbimizdə olacaqlar. Övladınızın məktəbə vaxtında və rahat çatdırılmasına zəmanət verən bu şirket özünün çoxsayli müasir və təhlükəsiz avtobusları ilə ilboyu xidmətinizdə olacaqdır.

Dünya məktəbinin Sumqayıt şəhərində açılışı münasibəti ilə görüş keçirildi

İyunun 2-də XƏZƏR Universiteti DÜNYA Məktəbinin Sumqayıt şəhərində açılışı münasibəti ilə şəhər ictimaiyyəti və məktəb rəhbərliyi, müəllim – şagird kollektivi arasında görüş keçirildi.
Görüş zamanı XƏZƏR Universiteti DÜNYA Məktəbinin təsisçisi professor Hamlet İsaxanlı çıxış edərək Sumqayıtı daha geniş elm-təhsil ocağı olmağa layiq şəhər kimi dəyərləndirdi. O,bu günkü dünyada mükəmməl təhsil müəssisələrinin çox olmasının əhəmiyyətini vurğulayaraq, bu məqsədlə də orada DÜNYA Məktəbinin açılışına qərar verildiyini bildirdi.
Görüşdə xüsusi bədii proqramla iştirak edən XƏZƏR Universiteti və DÜNYA məktəbinin müəllim-tələbə -şagird kollektivi çıxışları ilə iştirakçılar tərəfindən rəğbətlə qarşılandı.

Məktəbəqədər hazırlıgın ingilis bölməsində buraxılış xüsusi təntənə ilə qeyd olundu.

Məktəbəqədər hazırlıgın ingilis bölməsində buraxılış xüsusi təntənə ilə qeyd olundu. İl boyu peşəkar tərbiyəçilərin böyük zəhməti nəticəsində gözəl təlim və tərbiyə görən balacalar uğurla məktəbə vəsiqə aldılar. Onlar şirin nəğmələri, şeirləri və rəqsləri ilə səhnədən şən çıxışlar etdilər.[robo-gallery id="248"]

 

“Garabagh is Mine” adlı vətənpərvərlik mövzusunda tədbir həyata keçirildi.

Tədbirin təşkilatçıları məktəbin ingilis dili müəllimləri Fəzilə Muradxanova və Gülüstan Sadıqova idi.
Məqsəd şagirdlərə Qarabağı sevdirmək və “Qarabağ mənimdir” şuarını əzbərlədərək qəlblərə və beyinlərə möhürləmək idi.
Tədbir ilk öncə şəhidlərin ruhunu bir dəqiqə sükutla yad etməklə başladı, onun ardınca video material göstərildi,fonda Fəzilə müəllimənin yazdığı şeir səsləndi, ardınca şagirdlər ingilis dilində “Garabagh before Aggression” və “Garabagh after Aggression” təqdim etdilər. Daha sonra şagirdlərin Qarabağ mövzusunda verdikləri intervyunun video çarxı təqdim olundu.
Tədbirdə görkəmli şair Səməd Vurğunun” Azərbaycan” şerini şagirdlər həm ingilis, həm də azərbaycan dilində səsləndirdilər.
Tədbir “I am from Garabagh” şüarı ilə sona çatdı.