25 may saat 15.30-da kitabxanada "Effektiv Təqdimat hazırlamaq istəyirsinizsə, hədəfinizi müəyyən edin" adlı seminar - məşğələ keçiriləcəkdir.
Mayın 25-də Cümhuriyyətin 100 illiyinə həsr edilmiş “Bizdən sonra da Vətən var...” mövzusunda keçirilmiş inşa yazı müsabiqəsinin qalibləri mükafatlandırılacaq.
Mayın 25-də kitabxanada 2017-2018 tədris ili üzrə “Fəal oxucu” nominasiyasının qalibləri təltif olunacaq.
24 may saat 11:00-da Inciçiçəyi salonunda birincilərin təqdimatında "Oxuyub öyrənək, sevinək gülək" tədbiri keçiriləcəkdir.
23 mayda kitabxanada Hacı Zeynalabdin Tağıyevin 180 illik yubileyinə həsr olunmuş görüş keçiriləcək. Görüşdə AMEA Milli Azərbaycan Tarixi Muzeyinin elmi katibi, tarix elmləri üzrə fəlsəfə doktoruFərhad Cabbarov mövzu üzrə məruzə edəcək.
23 may saat 9:50-də 5C sinfində Azərbaycan Demokratik Respublikasının 100 illiyinə həsr olunmuş tədbir keçiriləcəkdir.
17 may 14.00-da uşaq ədəbiyyatı üzrə alim, Misirli yazar prof. Yaqub Əl Şaruni ilə kitabxanada görüş keçiriləcəkdir.
Mayın 4-də saat 13.30-da Dünya Təhsil Kompleksinin "İnciçiçəyi" Konsert salonunda "Mən rəqs edirəm" tədbiri keçiriləcəkdir.
Xəzər Universitetinin Dünya məktəbi Azərbaycan, Rus və İngilis bölmələri üçün müəllimlərin işə qəbulunu elan edir. Müsabiqədə iştirak etmək istəyən müəllimlər onlayn qeydiyyatdan keçə bilərlər. http://e.dunyaschool.az/kadrqebul/ Qəbul üç mərhələli müsabiqə yolu ilə aparılır: 1. Test imtahanı; 2. Müsahibə; 3. Nümunə dərs. Qəbul imtahanının vaxtı öncədən bildiriləcəkdir.