Dünya Ana Məktəbi

Dünya Ana Məktəbinə qəbul zamanı hər bir uşağın fərdi xüsusiyyətlərini öyrənmək üçün məktəbin psixoloqu valideynlərlə fərdi söhbətlər aparır. Uşaqlar psixoloji müayinədən və həkim müayinəsindən  keçirilir. Uşaqların sağlamlığı, normal qavrama qabiliyyəti, səlist nitqi və maraq dairəsi əsas götürülür.  Məktəbə qəbul ediləcək şagirdlər “Şagird qəbulu üzrə məktəbdaxili komissiya”nın rəyi əsasında müəyyən edilir və məktəb rəhbərinin əmri ilə rəsmiləşdirilir. Qəbul üçün tələb olunan sənədlər
  • Ərizə
  • 4 ədəd fotoşəkil (3x4, rəngli)
  • Doğum haqqında şəhadətnamənin surəti
  • Tibbi arayış
  • Yaşayış yeri haqqında arayış
  • Valideynin iş yeri haqqında arayış