Azərbaycan bölməsi

“Dünya” məktəbəqədər təhsil proqramı uşaqların qabiliyyətini açmağa və inkişaf etdirməyə, onların sağlam ruhda böyüməsinə xidmət edir, uşaqları ibtidai təhsilə uğurla başlamağa hazırlayır. Uşaqların ətraf aləmi kəşf edə-edə böyüməsinə yönələn məşğələlərdə tərbiyəçi müəllimlər yönəldici və yardımçı rolunu ifa edirlər.

Məktəbəqədər təlim uşaqları həvəsləndirən xoş mühit və şəraitdə aparılır. Nəticədə balacaların özünə inam hissi artır, onların müstəqil fəaliyyət göstərmək istəyi güclənir.

Məktəbəqədər təhsil proqramı uşağın fərdi xüsusiyyətlərini nəzərə almaqla onun əqli, fiziki, sosial və mənəvi inkişafına xidmət edir. Bu məqsədə nail olmaq üçün aşağıdakı məşğələ növləri ön plana çəkilir:

- Ana dilində nitqin inkişafıb4 - Oxu və yazı üzrə hazırlıq məşğələləri - Sadə riyazi bilik (say, hesab və həndəsi fiqurlar) - Təbiət və həyat bilgisi - İngilis dili (oyunlar vasitəsi ilə) - Rəsm - Nəğmə və musiqi - Oyunlar - Kompüter - Bədən tərbiyəsi - Şahmat

Nəğmələr və şeirlər, hekayələr və teatr oyunları proqramı daha da maraqlı və zəngin edir, uşaqların zövqünü və yaradıcı fantaziyasını inkişaf etdirir, onlara ətraf mühiti, dünyanı başa düşməyi öyrədir.

Rəsm, əmək, səyahət, müşahidə və s. vasitələrin müntəzəm daxil edilməsi təlimi daha da acnlı edir.

Həftəlik məşğələ mövzuları tərtib edilərkən uşağın marağı, fərdi ehtiyac və bacarığı nəzərə alınır.

b  b2  b5

“Dünya” bağçası və məktəbəqədər təhsil barədə geniş məlumat burada