Azərbaycan bölməsi

Peşəkar  müəllimlər şagirdlərin məntiqi təfəkkür və təhliletmə qabiliyyətini inkişaf etdirir, onların təbiət elmlərinin və müasir texnologiyaların, humanitar və sosial elmlərin əsaslarını mənimsəməsi, yaxşı vətəndaş kimi yetişməsi üçün əllərindən gələni əsirgəmirlər.

Tədris olunan əsas fənlər:

Azərbaycan dili Azərbaycan ədəbiyyatı Dünya ədəbiyyatı İngilis dili Üçüncü dil (rus, ərəb, italyan, fransız, ispan, alman, çin, yapon və s.) Təbiət elmləri (fizika, astronomiya, biologiya, kimya) Riyaziyyat Kompüter elmləri Dünya tarixi Azərbaycan tarixi Coğrafiya Etika Təsviri incəsənət Musiqi İdman Bədii və tətbiqi sənət (teatr, rəqs və s.)

Əlavə olaraq, şagirdlər psixologiya, fəlsəfə, estetika, siyasi, iqtisadi və sosial elmlər, musiqi nəzəriyyəsi, elm və texnologiya tarixi, xor, şahmat və s. seçmə fənlərə yazıla bilərlər.

Yuxarı sinif şagirdləri həmçinin gələcək ali təhsil kreditləri qazanmaq üçün məktəbin tövsiyəsi ilə Xəzər Universitetində bəzi fənlərə yazılmaq kimi fövqəladə imkana da malikdirlər.

263 (Copy)