“İki məkan,iki qəhrəman” eTwininng layihəsinə başlayarkən qarşımızda duran əsas məqsədlərimizdən biri də tariximizlə şagirdləri daha yaxından və əyani olaraq tanış etmək olmuşdur. Dünya Ib məktəbi olaraq “İki məkan,iki qəhrəman” eTwininng layihəsi çərçivəsində layihə iştirakçısı olan şagirdlərimizlə birlikdə Şirvanşahlar saray kompleksində olduq. Şagirdlər böyük maraq və həyəcanla tarixi abidəmizlə yaxından tanış oldular. Hər bir şagird qısa video məlumat verərək türkiyəli dostlarını da sarayla bağlı məlumatlandırdılar. Unudulmaz xatirələrlə dolu olan gəzintimizdən aldıqları təəssüratları şagirdlər yazacaqları hekayələrdə əks etdirməyə çalışacaqlar.Təşəkkürlər, eTwinning!