DÜNYA Məktəbində ZƏFƏR GÜNÜ tədbiri keçirildi.44 günlük müharibə ərzində Azərbaycan 30 ilə yaxın işğal altında olan ərazilərini, torpaqlarını düşmən tapdağından azad edərək, ZƏFƏR GÜNÜNÜ təsis etdi. Bu zəfər ölkəmizdə xüsusi təntənə ilə qeyd olunduğu kimi, DÜNYA Məktəbində də geniş şəkildə təşkil olundu.. Tədbir iştirakçıları tərəfindən torpaqlarımızı düşmən tapdağından azad edərkən şəhid olmuş əsgərlərimizin xatirəsi yad edildi.Şəhidlərin adı verilmiş sinif otaqlarından çəkilmiş, eyni zamanda, şəhid analarının, qazilərin, müharibə iştirakçılarının müsahibələrindən hazırlanmış videolar nümayiş etdirildi. Daha sonra tədbir iştirakçıları məktəbin müəllim və şagirdlərinin ifasında ev-eşiklərindən, yaşadıqları torpaqlardan didərgin düşmüş, 30 il qaçqın həyatı sürən insanların həyatına həsr edilmiş tamaşanı seyr etdilər. Tamaşanın ümumi idayası I QARABAĞ SAVAŞINDA atasını itirən, anası və qardaşı ilə başsız qalan ailədə uşaqlığının ən gözəl dövrləri qaçqın həyatında puç olan gənc bir qızın acı xatirələrinin, II QARABAĞ SAVAŞINDA qəhrəmancasına şəhid olmuş qardaşının taleyi timsalında münaqişə və müharibə qurbanlarının həyatlarının reallığını ifadə etməkdən ibarət idi. Tamaşadan sonra məktəbin şagird və müəllimləri şəhid uşaqların xatirəsinə həsr edilən sürrealist üslubda hazırlanmış müasir xareoqrafik performans ifadə etdilər. Zəfər bayramı münasibəti ilə təşkil olunan tədbirdə Bakı DÜNYA Məktəbi ilə bərabər Sumqayıt DÜNYA Məktəbinin də şagirdləri çıxış etdilər. Hər iki məktəbin şagirdləri zəfər təntənəsi ilə bağlı mətnlər və şeirlər səsləndirdilər, qəhrəmanlıq nəğmələri və rəqsləri ifa etdilər. Tədbirdə müharibə iştirakçıları, XƏZƏR Universitetinin şəhid tələbələrinin valideynləri, DÜNYA Məktəbinin müharibədə iştirak edən əməkdaşları, oğulları müharibədə olan müəllimlər, VƏTƏN MÜHARİBƏSİ QƏHRƏMANLARI - əsgərlər, qazilər, şəhid anaları və ailələri, o cümlədən, Azırbaycanın bölgələrindən dəvət olunan şəhid ailələri, universitetin rəhbərliyi, əməkdaşları, DÜNYA TƏHSİL KOMPLEKSİNİN əməkdaşları, Binəqədi Rayon İcra Hakimiyyətinin və Binəqədi Rayon Ağsaqqallar Şurasının nümayəndələri iştirak edirdilər.