Ümumdünya Sağlamlıq Gününə həsr olunmuş beynəlxalq yaradıcı yazı və rəsm müsabiqəsi Xəzər Universiteti Dünya məktəbində keçiriləcəkdir. Tədqiqatçıların və şagirdlərin iştirakı ilə 4-cü simpozium 3 Noyabr saat 10:00-da baş tutacaqdır.
Simpoziumun əsas məqsədi Azərbaycanda olan insan, heyvan və ekosistem sağlamlığı problemlərini ışıqlandırmaq və əhəmiyyətini cəmiyyətə göstərməkdir.
Tədbir Əcəmi Naxçıvani küçəsi 9 ünvanında yerləşən Dünya Məktəbində keçiriləcək.
Məqalə, İnşa, Qısa hekayə, Elmi Hekayə, Rəsm və Dizaynı [email protected] ünvanına göndərə bilərsiniz.
Qaliblərin məqalələri/hekayələri/rəsmləri BoomZista for Kids Newsletter -də (BoomZista İnstitutu, Kanada) ictimaiyyətə açıq olacaq.
Tədbir açıqdır və müsabiqədə iştirak ödənişsizdir