28 fevral 2020-ci il tarixində Dünya Məktəbinin “İnciçiçəyi” salonunda Azərbaycan bölməsinin ibtidai sinif şagirdlərinin təqdimatında “Dünyanın 8-ci möcüzəsi” adlı tədbir keçirildi. Tədbirdə kiçikyaşlı şagirdlər dünyanın 7 möcüzəsi, 7 əsas muğam, göy qurşağının 7 rəngi və digər mövzular haqqında çıxışlar etdilər.
Şagirdlər tamaşaçılara təqdim etdikləri ayrı-ayrı səhnələrdə hər dəfə 8-ci möcüzə kimi Dünya Məktəbinin adını vurğuladılar. Onların rəngarəng ifalarındakı mahnı və rəqslər də maraqla qarşılandı.
Tədbirdə məktəbin şagird-müəllim kollektivi və valideynlər iştirak edirdilər.