26 fevral 2020-ci il tarixində DÜNYA Məktəbində Xocali faciəsinin ildönümü 1dəqiqəlik sükutla yad edildi. Hadisənin tarixi haqqında məktəbin radio qovşağından məlumat səsləndirildi. Məktəbin dəhlizlərində bu qanlı tarixlə bağlı şagirdlərin əl işlərindən ibarət stendlər təşkil olundu. “İnciçiçəyi” salonunda Xocalı faciəsinə həsr edilmiş “ANANIN GÖZ YAŞLARI” adlı ədəbi-bədii kompozisiya nümayiş olundu. Tədbir faciə haqqında filmin təqdimatı ilə başlandı. Daha sonra məktəbin 6-7-ci sinif şagirdlərinin iştirakı ilə ingilis dilində tamaşa təqdim edildi. “Müharibədə qalib olmur, insanlara sülh gərəkdir” ideyası, Avropa yazıçılarının əsərlərindən parçaların motivləri əsasında qurulan səhnədə xalqın ağrı-acısı olan Xocalı soyqırımı kədəri təcəssüm etdirildi. Tamaşanın ssenari müəllifi məktəbin ingilis dili müəllimi Arzu Ömərova və rejissoru Murad Allahverdidir. Tədbirdə məktəbin şagird-müəllim kollektivi və valideynlər iştirak edirdilər.