YURDUMUZA BAHAR GƏLİR…
Adət-ənənələrimizə görə Novruzdan əvvəlki son 4 çərşənbəyə xalqımız xüsusi əhəmiyyət verir. Novruzla bağlı mədəniyyətimizə yaradılışın mərhələlərini işarələyən 4 ünsür - su, od, külək və torpaq ilə əlaqədar ənənələr daxildir. Bu gün SU ÇƏRŞƏNBƏSİDİR… DÜNYA Məktəbində SU ÇƏRŞƏNBƏSİ bayrama çevrildi. Şagird və müəllim kollektivi geyimlərində milliliyi əks etdirən nişanələrlə günü təntənəyə çevirdi. Bayrama həsr edilən guşə quruldu, xonça bəzəndi… Məktəbin radio qovşağı SU ÇƏRŞƏNBƏSİ haqqında xüsusi məlumat yayımladı. Xalqımızın bütün milli adət-ənənələrini, psixologiyasını özündə əks etdirən Novruzun gəlişinə - 21 martadək silsilə tədbirlər davam edir.