Məktəbimizin 10-cu sinif şagirdləri Azərbaycan Hərb Tarixi müzeyində ekskursiyada oldular. Açıq səma altında qoşun növləri üzrə texnikadan ibarət ekspozisiya şagirdlərdə böyük marağa səbəb oldu.
Onlara Azərbaycan tarixinin müxtəlif mərhələləri və ordumuzun malik olduğu hərbi texnika, Ümummilli Lider Heydər Əliyevin ordu quruculuğu sahəsində gördüyü işlər, keçirdiyi görüşlər, həmçinin Silahlı Qüvvələrin qoşun növləri üzrə hərbi geyim nümunələri barədə ətraflı məlumat verildi.
Daxili ekspozisiyada Heydər Əliyev və Silahlı Qüvvələr quruculuğu zalları, nadir eksponat və sənədlər də şagirdlərə nümayiş etdirildi.