Həyəcanla gözlənilən “Məktəbdə 100 gün” nəhayət gəlib çatdı. Bu gün məktəbdə unudulmaz və maraqlı anlar yaşandı. Şagirdlər artıq 100 gündür ki, məktəbə gəlirlər. Şagirdlərimizin ailələri və müəllimləri ilə birgə hazırladıqları 100-cü günlə bağlı işləri nümayiş olundu. 100 ədədi ilə bağlı müxtəlif fəaliyyətlər həyata keçirildi. Müəllimlər ilə birgə hazırlanmış fleşmob isə hamının marağına səbəb oldu.