14 Fevral 2020-cu il tarixində Azərbaycan bölməsinin VI və VII sinif şagirdləri arasında bu bölmənin İngilis dili müəllimi Ayaz Məmmədovun rəhbərliyi ilə “Dillər Ayı”na həsr olunmuş “General Knowledge Quiz” (Ümumi Bilik Yarışı) keçirilmişdir. Yarış 3 mərhələdən təşkil olunaraq, birinci mərhələdə 5, ikinci mərhələ 10 və son mərhələ 7 sualdan ibarət idi.Yarışın sualları ümumi dünyagörüşü, coğrafiya, ingilis dili, biologiya və sairə kimi mövzuları əhatə edirdi. Yarışda hər sinfi 3 şagirddən ibarət komanda təmsil edirdi. Yarışda qalib olmuş VI B və VI D sinif komandaları 19 Fevral tarixində keçirilən Rus bölməsinin VI B və VI C sinif şagirdlərindən qalib olmuş komanda ilə 27 Fevralda yarışacaqlar. Hər dörd komandaya uğurlar diləyirik!