7 Fevral 2020-cu il tarixində Azərbaycan bölməsinin VII sinif şagirdləri arasında İngilis dili müəllimləri Gülnar Ağayeva və Həmidə Qardaşxanovanın rəhbərliyi ilə İngilis dilində “Kahoot” intellektual oyununun Azərbaycan bölməsi üzrə ilk yarımfinalı keçirilmişdir. Oyun VII sinif proqramını əhatə edən 25 sualdan təşkil edilmişdir. Hər sinif 3 şagirddən ibarət komanda ilə təmsil olunmuşdur. Oyunun qalibi olan VII A1 sinfi 28 Fevral 2019-cu ildə Rus bölməsinin yarım finalda qalib komandası ilə qalib olmaq uğrunda yarışacaqlar. Hər iki bölmənin komandalarına uğurlar arzu edirik!