Nizami Gəncəvinin “Xəmsə”si!
O "Xəmsə"ki bəşəriyyətin illərlə arzuladığı insanlıq, azadlıq, dostluq, sevgi, bərabərlik, sülh, doğruluq, sədaqət, zəhmətə hörmət, zülmə nifrət kimi ideyalardan bəhs edir. O “Xəmsə”ki ingilis, rus, ispan, italyan, alman, fransız, çex, macar, bolqar, fin, isveç, polyak, litov, eston, ərəb, türk, hind, çin, yapon və s. dillərə tərcümə edilmiş, lakin rus bölməsində təhsil alan şagirdlərimiz tərəfindən məhz Azərbaycan dilində çox böyük zövq və həvəslə oxunmuş, təhlil edilmişdir.
İstər Azərbaycan, istərsə də dünya ədəbiyyatını ana dilimizdə mütaliə etməyə davam edirik