Dünya Məktəbində SON ZƏNG

Dünya Məktəbində
SON ZƏNG

Bu gün SON ZƏNGİNİZDİR... Bu zəngə SON ZƏNG deyirlər, amma zənnimizcə, o son zəng deyil! - Çünki o heç də son olaraq səslənmir! - Sizləri sonsuzluğa, bitib-tükənməyən fəaliyyətlərə, mübarizələrə, müvəffəqiyyətlərə uğurlayır! - Bəli, bu son zəng həyatınızdakı yeni bir mərhələnin başlanğıcıdır, fərqli aləmin, içində azadlıq, istək və arzuların reallaşmağa doğru getdiyi bir dünyanın astanasıdır! Bu zəngin adı SON ZƏNG olsa da, biz ona son deməyək! Həyəcandan, kövrək duyğulardan asılı olmayaq! Çünki bu günki dünya fərqlidir! - Onu idarə edə biləsən gərək! - Ondan asılı olmayasan gərək! - Onu gücün altında saxlamağı bacarasan gərək! - Əziz məzunlar, bunun üçün də sizə yüksək başarılar, müasir dünyamızın qlobal tələblərinə uyğun güclü təhsil, zehin açıqlığı, ağıl və zəka gərəkdir! - DÜNYA Məktəbinin məzunları üçün bu sadalananlar nədir ki?! - DÜNYA Məktəbinin məzunları – sizlər dünyaya səpələnəcəksiniz! - Səsiniz-sədanız hər yerə yayılacaq! – O zəngin səsi illər sonra da xatirələrinizdə səslənəcək! - Lakin unutmayın ki, həqiqətən də bu son deyil! - Hər son yeni başlanğıcdır! - Başlanğıcınız mübarək olsun, BİZİM DƏYƏRLİLƏRİMİZ, DÜNYA MƏKTƏBİNİN SEVİMLİ, DOĞMA ÖVLADLARI! – Sizləri təbrik edirik, DÜNYA MƏKTƏBİNİN dəyərli müəllim kollektivi sizlərə xeyir-dua verir! - TANRI SİZƏ YAR OLSUN!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *