Dünya Məktəbində Bilik Fondunun sədri ilə görüş keçirildi

17 sentyabr 2018-ci il tarixində Dünya Məktəbində Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun sədri, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Oktay Səmədovla görüş keçirildi.

Məktəb rəhbərliyi, müəllimlər və yuxarı sinif şagirdlərinin iştirak etdiyi görüşdə natiq “Azərbaycan Xalq Cümhuruyyəti – Dövlətçiliyimizin bayraqdarı” mövzusunda çıxış etdi. O, Azərbaycanda insan kapitalının formalaşmasının zəruriliyindən söhbət açaraq, müasir dövrümüzdə - 21-ci əsrdə dünyada gərginlik yaşandığı zanmanda bilikli, savadlı, öz milli-mənəvi dəyərlərinə, dövlətinə, vətəninə sadiq vətəndaşların çoxalmasının vacib olduğunu vurğuladı. “İnsan kapitalı zəngin, məhsuldar, cəmiyyətə vacib məfhumdur” – deyən sədr təhsilə, savada yiyələnmənin vacibliyini qeyd edərək sədr Oktay Səmədov “ömür boyu təhsil” prinsipini irəli sürdü.

Azərbaycan Xalq Cümhuriyyəti dövründən söz açan alim, həmçinin bu dövrün indiki Azərbaycana verdiyi böyük töhfələrdən danışdı. O, qədim dövlətçilik ənənələrinə söykənən ölkəmizin bugünkü inkişafından söz açdı, dünyada baş verən proseslərin, gərgin hadisələrin fonunda ölkə başçısına dəstək olmağımızın, ölkəmizin daha da möhkəmlənməsi istiqamətində bilik, mükəmməl təhsil və savadla çalışmağın qarşıda duran vəzifə olduğunu söylədi.
Rəhbərlik etdiyi “Bilik Fondu”nun işinin birbaşa maarifləndirmə olduğunu deyən natiq müasir texnologiyalardan istifadə etməklə bərabər, ilk növbədə, kitab oxumağın, mütaliəyə marağın artırılmasının, alimlər, təhsil işçiləri ilə əlaqələrin möhkəmləndirilməsinin ən mühüm və ümdə işlərdən biri olduğunu bildirdi.

Oktay Səmədov İnformasiya burulğanı içində gərgin həyat yaşadığımız müasir dövrdə belə görüşlərin tez-tez keçirilməsi zəruriliyinin səbəbinin canlı ünsiyyətdə olmasını dedi.

Çıxışının sonunda Oktay Səmədov Dünya Məktəbində təhsil üçün yaradılan şəraitdən razılığını bildirdi. O, məktəbdəki mühiti yüksək dəyərləndirərək, dərsin quruluşunun, tənəffüs zamanı istirahətlərin maraqlı prinsiplər əsasında təşkilinin nəfis tərtibatla hazırlandığını xüsusi olaraq qeyd etdi

Leave a Reply

Your email address will not be published. Required fields are marked *