Sumqayıt Dünya məktəbində yeni dərs ilinin açılış tədbiri keçirildi

14 sentyabr 2018-ci il tarixində Sumqayıt Dünya məktəbində yeni dərs ilinin açılış tədbiri keçirildi. Məktəb rəhbərliyi, şagird-müəllim-valideyn kollektivinin birgə iştirakı ilə keçirilən tədbir Xəzər Universitetinin tələbələri və Dünya məktəbinin şagirdlərindən ibarət rəqs qrupunun təntənəli çıxışları ilə bəzəndi.
Təsisçi, professor Hamlet İsaxanlı bu günü təhsilin bayramı adlandıraraq, təhsil günü münasibəti ilə hamını təbrik etdi. Alim qloballaşan dünyada həm öz xalqının musiqisini, ədəbiyyatını, mədəniyyətini gözəl bilən,həm də dünyanı yaxşı başa düşən, insanların bərabər olduğunu dərk edən şagirdlərin yetişdirilməsinin zəruri olduğunu vurğuladı. Hamlet İsaxanlı bunun üçün beynəlxalq təhsil proqramlarının tərtib olunmasının və beynəlxalq dillərə üz tutmağın vacibliyini qeyd etdi.
Sumqayıtın Azərbaycanın üç böyük şəhərindən biri olduğunu bildirən alim Sumqayıt Dünya Məktəbində ən güclü pedaqoqların toplaşdığını və məktəbdə şagirdlərin güclü təhsil almaları üçün hər cür şərait yaradıldığını və bu şəraitin daha da genişləndiriləcəyini dedi.
Əllərində gül dəstələri ilə məktəbə ilk qədəmlərini qoyan birincilər, valideynlər xüsusi maraq və həvəslə məktəblə daha yaxından tanış oldular.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *