1-ci siniflərin “Məktəbdə ilk günüm” adlı açılış tədbiri keçirildi

Sentyabrın 13-də 1-ci siniflərin “Məktəbdə ilk günüm” adlı açılış tədbiri keçirildi. Məktəb rəhbərliyi, müəllimlər,1-ci sinfə ilk qədəmlərini qoyan balacalar və valideynlərin iştirakı ilə keçirilən bu bayram tədbirində sevinc, təntənə, kövrək duyğular, gözəl musiqilər və rəqslər bir-birinə qovuşdu. Öncə məktəb haqqında film nümayiş etdirildi, daha sonra təsisçi, professor Hamlet İsaxanlı çıxış edərək hər bir uşağın gələcəyində, onun inkişafı və zövqünün formalaşmasında təhsil aldığı məktəbin xüsusi əhəmiyyət kəsb etdiyini vurğuladı. Dünya Məktəbinin Xəzər Universitetinin nəzdində fəaliyyət göstərdiyini qeyd edən alim həmçinin bildirdi ki, məktəbin 3 – Azərbaycan, ingilis, rus bölmələrindən ibarət olması onun üstün, mütərəqqi cəhətlərindən biridir.
Professor Hamlet İsaxanlı 1-ci sinfə gedən balacaları və valideynləri təbrik edərək Dünya Məktəbinin bir tərəfdən dünya vətəndaşı, digər tərəfdən dünyanı başa düşən hərtərəfli Azərbaycan vətəndaşı yetişdirdiyini qeyd etdi.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *