Dünya Ana Məktəbinin təntənəli açılış tədbiri keçirildi

12 sentyabr 2018 tarixində Dünya Ana Məktəbinin təntənəli açılış tədbiri keçirildi. Tədbirdə təsisçi, professor Hamlet İsaxanlı çıxış edərək Dünya Ana Məktəbində uşaqlara dünya təhsil standartları səviyyəsinə uyğun təlim və tərbiyə almaları, dünyagörüşlərinin inkişaf etdirilməsi üçün hər cür şərait yaradıldığını qeyd etdi.
Dünya Ana Məktəbinin rəhbərliyi, tərbiyəçi-müəllimləri, valideynlər və uşaqların iştirak etdikləri tədbir maraqlı nağıl personajlarının şou proqramlarıı ilə əsl bayrama çevrildi.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *