Dünya Təhsil Kompleksi Cocuq Mərcanlı kənd orta məktəbində oldu

Dünya Təhsil Kompleksi aprelin 21-də Cəbrayıl rayonunun aprel döyüşləri zamanı işğaldan azad edilmış Cocuq Mərcanlı kəndinin orta məktəbində müəllim və şagird kollektivi ilə görüşdü. Qonaqları bayraqlarla qarşılayan məktəblilər bir birinin ardınca vətən şeirləri səsləndirdilər. Balacalar “Torpağını unutma!”, “Zəfər bizimdir!”, “Yetışıb qisas çağı!” misralarını səsləndirərkən, onların məğrur duruşları, mərd baxışları və gur səsləri dinləyicilərin mübarizə əzmini artırdı.
Məktəbin direktoru Zamin Həziyev qonaqları məktəbdə yaradılan şəraitlə tanış etdi, Cəbrayılın işğaldan əvvəlki vəziyyəti, uğurlu aprel döyüşləri, Cocuq Mərcanlı kəndinin bərpadan əvvəlki və sonrakı görüntülərinin əks olunduğu fotostendləri göstərdi. Qonaqlar sevinc hissi ilə müasir sinif otaqlarını, internetlə təchiz olunmuş informatika kabinetini, gənclərin çağırışaqədərki hazırlıq otağını və müəllimlər otağını gəzərək, məktəb kitabxanasına və şagirdlərə Dünya məktəbi adından kitablar, dərs və ofis ləvazimatları, idman avadanlıqları və müxtəlif hədiyyələr təqdim etdilər. Müəllim və şagird kollektivi ilə birgə xatirə şəkilləri çəkdirildi.
Dünya məktəbinin direktoru Mərufə Mədətli məktəb kollektivinə yüksək qonaqpərvərliyə görə təşəkkür etdi, məktəblərarası əməkdaşlığın davam edəcəyini bildirərək, kollektivə uğurlar arzuladı.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *