Xəzər Universitetinin Dünya məktəbi 2018-2019-cu dərs ili üçün, Azərbaycan, Rus, İngilis bölmələrinin bütün siniflərinə və məktəbəqədər hazırlıq qruplarına (hər üç bölmə üzrə) şagird qəbulu elan edir! Məktəbə qəbul müsabiqə yolu ilə həyata keçirilir. Müsabiqədə iştirak etmək üçün məktəbə gəlməklə, bizə zəng etməklə və ya online qeydiyyatdan keçə bilərsiniz. http://e.dunyaschool.az/sagirdqebul/ Müsabiqədə şagirdlərin təhsil aldıqları sinfə uyğun bilik səviyyəsi, sağlamlığı, maraq dairəsi əsas götürülür. Hər bir şagirdin fərdi xüsusiyyətlərini öyrənmək üçün valideynlərlə söhbətlər aparılır. Qəbul imtahanında ən yüksək nəticə göstərən VIII-XI sinif şagirdləri təqaüd imkanı qazanırlar. İngilis bölməsində tədris Beynəlxalq Bakalavr Təşkilatının (IB) ibtidai (PYP), orta məktəb (MYP) və Diplom proqramları (DP) əsasında qurulur. Diplom proqramında təhsil müddəti iki ildir (X, XI siniflər). Azərbaycan və rus bölmələrində ingilis dili ikinci dil kimi beynəlxalq standartlara uyğun tədris olunur. Şagirdlərin seçimi ilə fransız, alman və ya çin dili də öyrədilir. Dünya məktəbində fikirləşməyi öyrətmək prinsipi əsas götürülür və tədris prosesinin təşkili bu yönümdə qurulur. Siniflərdə şagird sayının az olması hər bir şagirdə fərdi yanaşmağa imkan yaradır. Sağlam əsaslar üzərində qurulmuş ciddi nizam-intizam təlim-tərbiyə prosesinin yüksək səviyyədə təşkilinə kömək edir.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *