Dünya məktəbində yeni il şənliyi keçirildi

Gözəl üzlü, sevinc dolu balalar YENİ İLİ qarşıladılar. DÜNYA bağçası və məktəbəqədər hazırlıq qruplarının Azərbaycan, rus və ingilis bölmələrində balacalar YENİ İLƏ nağıllardakı personajlarla yol aldılar. Amma bu dəfə nağıl qəhrəmanları onlar özləri idilər. Mehriban və gözəl Zoluşka, şəhzadə, sehirli Feya, qnomlar, Şaxta baba... daha nələr... Ən gözəl rəqs bilirsinizmi hansı rəqs idi?! Hamısı! Amma... Gecənin ulduzları kimi sayrışan balacaların ULDUZ RƏQSİ hamını heyran qoydu... Hələ bu harası idi?! Balacalar “Azərbaycan” mahnısını musiqi alətlərində ifa etdilər... Bununla da onlar aldıqları təlimin, öyrəndiklərinin nə qədər üstün olduğunu hər kəsə - həm valideynlərinə, həm də tərbiyəçilərinə göstərməklə hər kəsi sevindirdilər... Oxuduqları nəğmələrin əks-sədası hər tərəfi bürümüşdü. Amma heç bilmək olmurdu ki, nəğmələr bu qədər şirindir, yoxsa balacalar onları şirin-şirin oxuyurlar?! Səhnəyə yağış da yağdı, qar da... balacalar yağışla, qarla rəqs etdilər. Şaxta baba gəldi, onun uşaqlarla rəqsi lap maraqlı, həm də çox şən alındı... Şaxta babanın hədiyyə saatı gələndə isə - bax, o zaman ən sevincli anlar başladı. 

2018-ci il dünyadakı uşaqların birliyi, həmrəyliyi, sülh və əmin-amanlıq ili olsun!

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *