Dünya məktəbində Həmrəylik Günü qeyd olundu

31 dekabr xalqımızın ümumdünya birlik günüdür. Bu bayram ayrı-ayrı ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır. 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü bayramı dünyanın 70-dən çox ölkəsində azərbaycanlılar tərəfindən qeyd olunur. Həmrəylik günü Azərbaycan diasporu üçün ən mühüm bayrama çevrilib, Yeni il isə ikinci plana keçib. Həmrəylik gününü hətta milliyyətcə azərbaycanlı olmayıb, lakin Azərbaycanda doğulub böyümüş, Azərbaycan əsilli diaspor nümayəndələri də qeyd edirlər. Bu ənənə kiçikyaşlılar, yeniyetmələr, məktəblilərin içərisində də təbliğ olunur, sabahımız, gələcəyimiz sayılan övladlarımıza xalqın birliyi, həmrəyliyi ideyaları aşılanır. Məktəbimizdə DÜNYA AZƏRBAYCANLILARININ HƏMRƏYLİK GÜNÜ münasibəti ilə təşkil olunan tədbir bu ilin ən zəngin tədbirlərindən oldu. Tədbirdə iştirak edən Qarabağ qaziləri, müharibə veteranları, ağsaqqallar məktəb kollektivinin xüsusi rəğbəti ilə qarşılandılar. Şagirdlərin çıxışlarına tamaşa edən qonaqlar ürək sözlərini dedilər və eyni zamanda, məktəbin bu təşəbbüsündən razılıqlarını bildirdilər.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *