Əziz şagirdlər, Sizi kitabxananın təşkil etdiyi müsabiqəyə səsləyirik!
I mərhələ: Kitabxanaya yaxınlaşaraq sorğu qutusuna (hərə bir dəfə olmaqla) ən çox sevdiyiniz kitabın adını yazıb atmağınız xahiş olunur. Bizim tərəfimizdən qutu açılacaq və ən çox oxunan kitabın adı elan ediləcək. 
II mərhələ: Ən çox sevilən kitabın uyğun siniflər arasında müzakirəsi keçiriləcək. Müzakirədə iştirak edən ən fəal şagird münsiflər tərəfindən fərqləndirilərək elan ediləcək.
III mərhələ: Qalib gələn şagirdə xüsusi hədiyyə (kitab) veriləcək və “Dünya” məktəbinin dərgisində onun haqqında məlumat işıqlandırılacaq.
Müsabiqə 5-15 dekabr tarixlərləri arasında keçirilir.
Sizə uğurlar arzulayırıq!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *