“Garabagh is Mine” adlı vətənpərvərlik mövzusunda tədbir həyata keçirildi.

Tədbirin təşkilatçıları məktəbin ingilis dili müəllimləri Fəzilə Muradxanova və Gülüstan Sadıqova idi. Məqsəd şagirdlərə Qarabağı sevdirmək və “Qarabağ mənimdir” şuarını əzbərlədərək qəlblərə və beyinlərə möhürləmək idi. Tədbir ilk öncə şəhidlərin ruhunu bir dəqiqə sükutla yad etməklə başladı, onun ardınca video material göstərildi,fonda Fəzilə müəllimənin yazdığı şeir səsləndi, ardınca şagirdlər ingilis dilində “Garabagh before Aggression” və “Garabagh after Aggression” təqdim etdilər. Daha sonra şagirdlərin Qarabağ mövzusunda verdikləri intervyunun video çarxı təqdim olundu. Tədbirdə görkəmli şair Səməd Vurğunun” Azərbaycan” şerini şagirdlər həm ingilis, həm də azərbaycan dilində səsləndirdilər. Tədbir “I am from Garabagh” şüarı ilə sona çatdı.

Leave a Reply

Your email address will not be published.